Maide.az

BMT Rusiya, İran və Türkiyəni Cenevrəyə dəvət etdi

Astana prosesinin təminatçı ölkələri olan İran, Rusiya və Türkiyədən yüksək səviyyəli rəsmilərin Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə məsləhətləşmələr üçün 18-19 iyunda Cenevrəyə gedəcəyi açıqlanıb. Bu barədə BMT-nin Cenevrə Ofisindən yazılı açıqlama verilib. Açıqlamada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın Suriya danışıqlarında bir konstitusiya komissiyasının yaradılması yolunda Türkiyə, Rusiya və İrandan yüksək səviyyəli rəsmiləri məsləhətləşmələr üçün iyunun 18-19-də Cenevrəyə dəvət etdiyi qeyd olunub. Üç ölkənin də dəvəti qəbul etdiyi bildirilib. Mistura daha sonra Suriya danışıqlarına tərəf digər ölkə nümayəndələrinə də analoji dəvətlər də göndərəcək.(eastnews.org)