BMT İraqın Baş nazirinin istefasını tarixi hadisə adlandırıb
BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Nikolay Mladenov bu ölkənin Baş naziri Huri əl-Malikinin istefasını tarixi hadisə adlandırıb. BMT rəsmisi qeyd edib ki, əl-Malikinin qərarı onun dövlət müdrikliyini, Konstitusiya və demokratiyaya sədaqətini nümayiş etdirir. Məlum olduğu kimi, İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib. Avqustun 11-də İraqın prezidenti Fuad Maasum Heydər əl-Abadini ölkəyə yeni Baş nazir təyin edərək ona 30 gün ərzində hökuməti formalaşdırmağı tapşırıb.