BMT nümayəndəsi: Dəməşqin suyunun kəsilməsi hərbi cinayətdir
Terrorçu qruplar Suriyanın paytaxtı Dəməşqdə yaşayan əhalinin suyunu kəsib, BMT terrorçuların bu addımını hərbi cinayəti hesab edir. Maide.Az xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi elçisinin köməkçisi Yan Eqelann cümə axşamı elan edib ki, Dəməşqdə 5 milyondon çox insanın suyu kəsilib və bu insanlar problemlə üzləşiblər. “Xalqın suyunu kəsmək əlbətdəki hərbi cinayətidir. Ona görə ki, bu suyu dinc sakinlər istifadə edir və onlar suyun çirklənməsinə görə ziyan görürlər” Dekabrın 22-dən terrorçuların işğalında olan Dəməşqin ətrafında Vadi Berdi bölgəsindəki su anbarlarından suyun ötürülməsi dayandırılıb. Dəməşqin suya olan ehtiyacının bir hissəsi bu anbarlardan təmin olunurdu. BMT-nin Suriya üzrə xüsusi elçisinin köməkçisi deyib ki, bu su anbarlarından suyun verilməsinin dayandırılması dinc sakinlər üçün ciddi problemlər yaradıb. Suriya hökuməti Vadi Berdi bölgəsini işğaldan azad etməyə çalışır. Suriya hökuməti elan edib ki, Vadi Berdi bölgəsindəki terrorçuları Nüsrə cəbhəsinin üzvləridirlər və Suriyadakı atəşkəs onlara aid deyil.