BMT narahat olub və İşğalçı İsrail rejiminin fələstinlilərin evlərini dağıtmasına görə xəbərdarlıq edir
Birləşmiş Millətlər Təşkilatı (BMT) elan edib ki, işğalçı İsrail rejimi 2016-cı ilin əvvəlindən mart ayının əvvəlinədək fələstinlilərin evlərini 2015-ci ildə il boyu dağıtdığı qədər ev dağıdıb. Maide.az xəbər verir ki, BMT-nin insan haqları üzrə koordinatoru Robert Payper Fəlsətin torpaqlarında fələstinlilərin evlərinin dağıdılması prosesi haqqında xəbərdarlıq edib. “2016-cı ilin ilk 10 həftəsi ərzində dağıdılan evlərin sayı 2015-ci ildə il boyu dağıdılan evlərin sayından çoxdur”. BMT-nin məlumatına görə, işğalçı rejim yanvar ayının əvvəlindən mart ayının 2-nə qədər ümumilikdə 121 fələstinlinin evini dağıdıb. BMT bildirir ki, Işğalçı rejim 2015-ci ilin əvvəlindən dekabr ayına qədər isə 108 fələstinlinin evini dağıtmışdı. BMT əlavə edir ki, İsrail rejimi fələstinlilərin uşaq baxçasını da dağıdıb. Qeyd edək ki, İşğalçı İsrail rejimi fələstinlilərin evlərinin qanunsuz tikildiyini iddia edərəkdağıdır. Ötən həftə Avropa Birliyi də İsrail rejimini Fransalıların nəzarəti altında olan bir məktəbi dağıtdığına görə tənqid etmişdi. Əl-Əqsa televiziyasının məlumatına görə, İsrail rejim ordusu 2016-cı ilin əvvəlindən fələstinlilərin 293 evini dağıdıb. Dağıdılmış evlərin bir hissəsi Avropalı təşkilatlar tərəfindən fələstinlilərin qalması üçün tikilən evlərdir. Məlumatda həmçinin bildirilir ki, işğalçı rejim 2015-ci ildə işğal olunmuş ərazilərdə fələstinlilərə məxsus BMT-nin elan etdiyi 108 evi deyil, 447 evi dağıtmışdı./