Maide.az

BMT missiyası Qarabağa GƏLİR

Birləşmiş Millətlər Təşkilatı Qarabağa missiya göndərəcək.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Cucarrik açıqlama verib.   “BMT Dağlıq Qarabağa missiyasını göndərmək niyyətindədir və tərəfləri sıx əməkdaşlığa çağırır”- deyə açıqlamada deyilir.    Qeyd edək ki, bu ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatın 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.   Çox ehtimal ki, missiya bunun üçü bölgəyə gəlir.