BMT işğalçı İsrailin cinayətləri barədə xəbərdarlıq edir
BMT fələstinli fəalların sionist rejim tərəfindən həbsi, onlara qarşı törədilən cinayətlər və onların təhdid olmasına görə narahatlığını bildirdi. Madie.Az xəbər verir ki, BMT -nin rəsmi internet saytından verilən məlumata görə, BMT -nin xüsusi məruzəçisi Marie Lalour, sionist rejimin Fələstinli fəallara qarşı cinayətlərinə qarşı xəbərdarlıq edib. O bildirib ki, İsrail rejimi işğal olunmuş Fələstin torpaqlarında fələstinli insan haqları fəalların hüquqlarını qorumalı və həbs etdiyi 3 insan haqları müdafiəçisini dərhal azad etməlidir. BMT rəsmisi bildirib ki, fələstinli insan haqları müdafiəçilərinə hücum və onların həbsi işğal olunmuş Fələstin torpaqlarında insan haqlarını müdafiə edənlərə qarşı geniş miqyaslı təzyiqin bir hissəsidir.