Maide.az

BMT fələstinli ailənin yandırılmasına reaksiya verdi

BMT-nın Yaxın Şərq üzrə xüsusi elçisi  Nikolay Mladinov Qərb sahilində mənzilin yandırılması və bir ailənin üzvlərinin yanaraq öldürülməsi cinayəti ilə bağlı Sionist İsrail rejimi tərəfindən təhqiqat işlərinin zəif aparılmasından narahatçılıq bildirib. Maide.az xəbər verir ki, işğal olunmuş Qərb sahilində yerləşən Duma şəhərində Dəvabeşe ailəsinə məxsus mənzilə radikal yəhudilər tərəfindən od vurulması nəticəsində, 31 iyulda 8 aylıq fələstinli körpə Səd Dəvabeşe şəhid olmuş və onun valideynləri isə xəstəxanada həyatlarını itirmişdilər. Bu ailədən yalnız 4 yaşlı bir uşaq sağ qalıb ki, o da kəskin yanğınlar səbəbindən hələ də xəstəxanada müalicə almaqdadır. BMT-nın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladinov yaydığı açıqlamada bildirib: Dəvabeşe ailəsinin yandırılmasından 4 ay keçir və hər iki tərəfin rəsmiləri tərəfindən pislənilən bu məsələ hələlik bu vaxtadək öz həllini tapmayıb. O əlavə edib: Mən təhqiqat işlərinin zəif aparılmasından narahatam və İsrail rəsmilərini bu vəhşi cinayəti törədənlərlə bağlı Ədalətin icra edilməsinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər görməyə səsləyirəm. /