Maide.az

BMT baş katibi: `İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər`

O, İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyindən narahatçılığını ifadə edib  İŞİD terror qruplaşmasının 2014-cü ildə İraqın Sincar şəhərində törətdiyi əməllər insanlığa qarşı cinayət və hətta soyqırımı hesab oluna bilər. "Report" xəbər verir ki, bu fikri çərşənbə günü BMT-nin baş katibi Pan Gi Mun səsləndirib. O, bununla əlaqədar ölkədəki vəziyyəti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə çatdırmağı təklif edib. Eyni zamanda baş katib hazırda İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyi ilə bağlı narahatçılığını ifadə edib və qeyd edib ki, onların azad olunması hərbi əməliyyatların prioritet hədəfi olmalıdır. Xatırladaq ki, İraqın Sincar şəhəri 2014-cü ilin avqustunda terrorçuların əlinə keçib və yalnız 2015-ci ilin sonunda azad olunub.