BMT: Yəmən xalqının 75 faizinin təcili yardıma ehtiyacı var
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən vətəndaşlarından 8 milyon nəfərin özləri üçün daha bir gün yemək tədarük etməyə imkanlarının olmadığını bildirib. Maide.Az “aljazeera”-ə istinadən xəbər verir ki, BMT özünün yeni hesabatında bildirib ki, Yəmən xalqının 75 faizinin təcili yardımlara ehtiyacı var. “Cari ildə 13 milyon yəmənlinin yardıma ehtiyacı var. Onlardan 8 milyon nəfərin özləri üçün daha bir gün yemək tədarük etməyə belə imkanları yoxdur.” Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 il yarım öncə Yəmən sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə ölkəyə təcavüz etmiş. Səudiyyə rejiminin başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək 10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb. On minlərlə insan evlərindən didərgin düşüb. BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.