BMT: Uşaqlar arasında piylənmə halları artıb
Dünya boyu bütün yaş qruplarında, beş yaşadək uşaqlar da daxil olmaqla, artıq çəki və piylənmə halları artıb. Maide.Az xəbər verir ki, bu BMT-nin hesabatında bildirilib. "Artıq çəki bütün yaş qruplarında artmadadır. 2018-ci ildə 40 milyon 5 yaşadək uşaq artıq kilodan əziyyət çəkib, yani dünyada beş yaşadək olan bütün uşaqların 5,9%. Ən çox artıq çəkidən və piylənmədən əziyyət çək 5 yaşadək uşaqlar Şimali Afrika və Qərbi Asiyada qeydə alınıb”. – hesabatda deyilir. Təşkilat qeyd edir ki, həmən uşaqlarda tibbi və psixoloji problemlər daha çox olur. Hesabata görə, keyfiyyətsiz qidalanma piylənmə, həm də geniş yayılmış bir problemə - kifayət qədər yeməməyə səbəb olur. /Trend /