BMT: İsrail rejimi beynəlxalq qanunları pozur və fələstinli uşaqları qətlə yetirir
BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nickolay Mladenov BMT TŞ-nin iclasında FƏləstindəki son durumla bağlı hesabatını açıqlayıb. Maide.Az Fələstin KİV-lərinə istinadla xəbər verir ki, N.Mladenov deyib ki, İsrail rejimi beynəlxalq qanunları pozur, fələstinli uşaqları qətlə yetirir və qəsəbələrin tikintisini davam etdiri. Onun sözlərinə görə, İsrail rejimi yeni qəsəbələrin tikintisini dayandırmaq üçün heç bir addım atmayıb və bu beynəlxalq qanunlara ziddir. “İsrail 40 fələstinli ailəni yeni qəsəbə tikmək məqsədi ilə Qüdsün şərqində Salvan bölgəsindən didərgin salıb. Həmçinin Qəzzada fələstinli yeniyetmə və uşaqları qətlə yetirib. Onlarla İsrailli əskər Ramullah şəhərində Fələstin informasiya agentliyinə hücum edib və çox sayda fələstinlini yaralayıb.