Maide.az

BMT: `Son bir ayda Yəməndə 300-dən artıq mülki vətəndaş öldürülüb`

   BMT son bir ay ərzində Yəməndə 300-dən artıq mülki vətəndaşın öldürüldüyünü və 400-dən artıq vətəndaşın da yaralandığını açıqlayıb.   Xarici mətbuata istinadən xəbər verilir ki, BMT-nin insan haqları üzrə ali komissarı Paoili açıqlama verərək, Yəmən sülh danışıqlarının uğursuz nəticələndiyi gündən etibarən Yəməndə 300-dən artıq mülki vətəndaşın öldürüldüyünü bildirib. "Bu insanların böyük bir hissəsi Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya təyyarələrinin hücumu nəticəsində həlak olmuşdur", - deyə o bildirib.   Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya avqustun 6-da Küveytdə keçirilən Yəmən sülh danışıqlarının uğursuz nəticələnməsindən sonra, Yəmənə qarşı təcavüzkar hava hücumlarını yenidən başlatmışdır.     Avqust ayının əvvəlindən etibarən Yəməndə 329 mülki vətəndaş öldürülmüş, 426 nəfər isə yaralanmışdır. (deyerler.org) /