BMT: Qəzzadakı xəstəxanaların durumu narahatlıq doğurur
Bİrləşmiş Mİllətlər Təşkilatı (BMT) elan edib ki, İsrailin zülmünə məruz qalan Qəzzadakı xəstəxanaların vəziyyəti narahatlıq doğurur. Maide.Az “Alalam”-a istinadən xəbər verir ki, BMT yayımladığı açıqlamada bildirir ki, elektrik və yanacaq krizisi səbəbindən Qəzzadakı bəzi xəstəxanalar və sağlıq ocaqlarında generatorlar çalışmır. “Bu problem tez bir zamanda öz həllini tapmalıdır. Qəzzanin müxtəlif bölgələrində yerləşən sağlıq ocaqlarında işləyən generatorların dayanması təhlükəsinə görə narahatıq” İşğalçı İsrail rejiminin blokadası nəticəsində 2006-cı ildən indiyədək Qəzzada elektrik enerjisi problemə çevrilib. Bölgədə elektrik enerjisini təmin etmək üçün 600 meqavat elektriyə ehtiyac var,lakin bunun yalnız 210 meqavatı təmin edilir.