BMT-nin Uşaq Fondu İsrailə uşaqlara qarşı silah istifadə etməməyə çağırıb
BMT-nin Uşaq Fondu - UNİCEF, İsrail tərəfindən zorakılığa və hücuma məruz qalan uşaqların taleyindən nigaran olduğunu bildirib. İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, beynəlxalq UNİCEF təşkilatı İsrail rejiminin fələstinli uşaqlara və yeniyetmələrə qarşı zor tətbiq etməsindən ciddi şəkildə narahat olduğunu bildirib. “Qüdsün şərqində və İordan çayının qərb sahillərində 2015-ci ilin son 3 ayında 25 uşaq və yeniyetmə həyatını itirib, 1300 isə yaralanıb. Sionist rejimi 17 yaşlı fələstinli gənc qızı 5 güllə ilə öldürüblər. Yeniyetmə qız üzərində heç bir soyuq silahın olmadığını bildirsədə, İsrail əsgərləri onu güllələyiblər.”, - deyə BMT-nin Uşaq Fondunun açıqlamasında bildirilir. UNİCEF İsrail polisi və əsgərlərinin fələstinli uşaq və yeniyetmələri kütləvi surətdə həbs etməsini da hesabatına salıb. Maide.Az xəbər verir ki, bəzi statistikalara görə, 2000-ci ildən indiyədək 2200 -dən çox uşaq Fələstində həyatını itirib. Hesablamalara görə, bu da o deməkdir ki, ən azı işğalçı İsrail rejimi 2000-ci ildən indiyədək hər həftədə 3-5 uşağı öldürüb. Bu bir qətliamdır. Bəzi KİV-lər məlumat verir ki, Amerika gələn 10 il ərzində işğalçı İsrail rejiminə 45-50 milyard dollar yardımetməyi planlaşdırır. Təbidir ki, işğalçı rejiminalacağı bu yardımın böyük hissəsi Fələstin xalqının işkəncəsi, evlərinin dağıdılması və öldürülməsinə istifadə olunacaq.