Maide.az

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxmasını yekdilliklə qınayıb

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın növbəti raket buraxmasını yekdilliklə qınayıb.   Mayın 14-də Şimali Koreya Demokratik Respublikası "Xvason-12" raketini buraxıb.   Bu barədə Şimali Koreyanın rəsmi KMTA (Koreya Mərkəzi Teleqraf Agentliyi) agentliyi məlumat yayıb. Məlumata görə, bu yeni tipli ballistik raketlər olub.   Məlumatda həmçinin "Xvason-12" raketinin iri nüvə başlığını daşıma qabiliyyətinin də sınaqdan keçirildiyi qeyd olunub. 787 km uçan raket 2111 km hündürlüyü qət edib.   SNN telekanalının adı çəkilməyən mənbəyə istinadən verdiyi məlumata görə, raket Vladivostokdan 100 km aralıda yerə düşüb.   Rusiya Müdafiə Nazirliyi raketin ölkə sərhəddindən 500 km aralıdan ucduğunu iddia edib. Cənubi Koreya hərbçiləri hələlik Şimali Koreya tərəfindən verilən məlumatların düzgünlüyü təsdiqləyə bilməyiblər.   Lakin ehtimallara görə, Şimali Koreyanın buraxdığı raketlər həqiqətən atmosferi tərk edə bilər və ona geri qayıda bilər. Bu qitələrarası ballistik raketlər üçün çox vacib xüsusiyyətdir. (bbc)