Maide.az

BMT-nin maşın karvanına hücum olub

Əfqanıstanda BMT sülhməramlılarının maşın karvanı hücuma məruz qalıb. "Taliban" hərəkatının hücumu nəticəsində təhlükəsizliyə dəstək üzrə Beynəlxalq qüvvələrə aid ən azı 5 yanacaqla dolu yük maşını məhv edilib.   Рadisə Əfqanıstanın Vardak mərkəzi vilayətində baş verib.   İnsident nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı həlak olub, karvanı qoruyan 5 asayiş keşikçisi isə yaralanıb. Atışma zamanı 3 terrorçu məhv edilib. Taliban rəhbərliyi hücümün məsuliyyətin öz üzərinə götürüb. Radikalların xəbərinə görə isə onlar tərəfindən 17 yük maşını məhv edilib.