Maide.az

BMT-nin mənzil-qərargahında Fələstin bayrağının qaldırılmasına icazə verilib

BMT Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib.   Maide.az xəbər verir ki, qətnaməyə əsasən,  BMT-nin mənzil-qərargahında və ofislərində müşahidəçi statusuna malik olan, lakin təşkilatın üzvü olmayan ölkələrin də bayraqlarının qaldırılması nəzərdə tutulur. Sənəddə yer alan müddəaya əsasən, qeyd olunan ölkələrin bayraqları BMT-yə üzv olan ölkələrdən sonra qaldırılmalıdır.   Qeyd edək ki, BMT-də  müşahidəçi statusuna  Fələstin və Vatikan malikdir.