Maide.az

BMT-nin mənzil qərargahını taxtabitilər bürüyüb

 BMT-nin Nyu-Yorkdakı mənzil qərargahının binasından əməkdaşların bir hissəsi təxliyyə edilib. Bu haqda TASS xəbər yayıb. Təxliyyəyə səbəb bir neçə ofisdə taxtabitinin aşkar edilməsidir. Binanın 34-cü mərtəbəsində yerləşən BMT-nin sülhməramlı missiyasının texniki-material təchizat idarəsi həşəratlardan daha çox zərər çəkib.  Qurumun mətbuat xidmətindən bildirilib ki, BMT-nin iki ofisini taxtabiti bürüyüb.