Maide.az

BMT-nin baş katibliyinə artıq iki namizəd var

 BMT-nin baş katibi vəzifəsinə seçkiqabağı kampaniya başlayıb. BMT Adminstrasiyası başçısının seçilməsi qaydaları ilə bağlı quruma üzv olan 193 dövlətə məktub göndərilib. Məlumata görə, BMT-nin hazırkı baş katibi Pan Ge Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq. BMT Baş Assambleyasının sədri Moqens Lükketoft bildirib ki, qurumun Baş Assambleyasının keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb.Report