BMT-nin baş katibi Qəzzanın mühasirəsinə son qoyulmasını istədi
BMT-nin baş katibi Antonio Guterres bu gün Qəzzaya səfər edib. Maide.Az xəbər verir ki, Qəzzada elektrik enerjisinin yoxluğu və bu bölgədə insani faciənin yaşandığı bir vaxtda BMT-nin baş katibi olaraq ilk dəfə Fələtinə səfər edən A.Guterres işğalçı İsrail rejimindən Qəzza zolağının mühasirəsinə son qoymasını istəyib. Fələstin İslami Hərəkatı (HƏMAS) səfəri alqışlayıb və A.Guterresin Qəzzaya səfərini önəmli səfər adlandırıb. HƏMAS sözçüsü Fevzi Bərhum bu gün yayımladığı bəyanatda A.Guterresin Qəzzaya səfərini alqışladıqlarını elan edib və ondan isətyib ki, Qəzanın mühasirəsinə son qoymaq üçün bütün səylərini göstərsin. F.Bərhum həmçinin BMT baş katibindən istəyib ki, insani faciə ilə üz-üzə olan Qəzzaya yardım proqramını gündəlikdə qərar versin. A.Guterres bazar günü Kuveytdən Fələstinin işğal olunmuş ərazisinə səfər edib.