BMT-nin baş katibi Azərbaycana gəlir
BMT-in baş katibi Pan Gi Mun aprelin sonunda Azərbaycana gələcək. Onun Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etməsi planlaşdırılır. Bu haqda jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib. Report-un xəbərinə görə, BMT baş katibinin proqramı yaxın 10 gündə Bakıya gələcək xüsusi nümayəndə heyəti ilə dəqiqləşdiriləcək. Ə.Qarayev Pan Gi Munun Azərbaycana gəlişinin ölkənin xarici siyasəti üçün əlamətdar hadisə olduğunu deyib./