BMT-nin baş katibi Aden şəhərindəki hücumu dayandırmağa çağırıb, 30 nəfər ölüb
BMT-nin baş katibi Antonio Guterres Yəmənin Aden şəhərində baş vermiş silahlı hücumla bağlı narahatlığını ifadə edib və bu hücumun dayandırılmasını tələb edib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, A,Guterres Yəməndəki qarşıdurma tərəflərini atışmanı dayandırmağa və ixtilafların danışıqlar yolu ilə həll etməyə çağırıb. Qeyd edək ki, Yəmənin Aden şəhərində Cənubi Yəmən Keçid Şurası qüvvələrinə qarşı Səudiyyə Ərəbistanının dəstəklədiyi sabiq prezident Mənsur Hadinin tərəfdarlarından ibarət bir qrup silahlı şəxsin hücumu zamanı baş verən atışmada 30 nəfər ölüb. Hər iki tərəfdən ümumilikdə 75 nəfərin yaralandığı bildirilir.