Maide.az

BMT: Bu il Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb

Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq   Avropa ölkələrində sığınacaq axtaran 100-dən çox insan ötən həftə Aralıq dənizində boğularaq ölüb.    Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) bildiriblər.   Təşkilatın məlumatına görə, 2016-ci ildə Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb: "Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq".   Qeyd edək ki, 2015-ci ildə Aralıq dənizini keçməklə Avropaya milyondan artıq qaçqın və miqrant gəlib. 3771 nəfər isə Aralıq dənizində boğularaq həlak olub. (report) /