Maide.az

BMT: “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”

“Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”.   Bunu BMT-nin baş katibi Pan Ge Mun jurnalsitlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı müraciətdə bildirib.   “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib. Başqa sözlə hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”, - deyə baş katib vurğulayıb.   O, KİV-in azad fəaliyyətini təmin etmək üçün səyləri artımağın vacib olduğunu bildirib: “Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”.   Bu gün, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür. (deyerler.org) /