Maide.az

BMT: 3,9 mlrd. insan internetdən istifadə etmir

İnternetin sürətlə inkişaf etməsinə baxmayaraq dünyada 3,9 mlrd. insan internetdən istifadə etmir.   Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin hesabatında deyilir.   Bildirilir ki, mobil genişzolaqlı internetdən 84% dünya əhalisi istifadə edə bilmir.   Dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı indeksində birinci yeri Koreya tutub. İlk beş ölkələr sırasına İslandiya, Danimarka, İsveçrə və Böyük Britaniya daxil olublar. /