BMT: 2500 qaçqın Aralıq dənizində həyatını itirib
BMT elan edib ki, ilin əvvəlindən indiyədək 2500 qaçqın Aralıq dənizində boğularaq həlak olub. Maide.Az xəbər verir ki, BMT-nin Qaçqınlar Agentliyi elan edib ki, təkcə ötən həftə 880 qaçqın Aralıq dənizində həyatını itirib. Aralıq dənizindəki təhlükəli səfərdən həyatını qurtara bilənlərin sayı isə 204 min nəfərdir. Bildirilir ki, açıqlanan rəqəmlər həqiqi rəqəmlərdən daha çoxdur. Məlumatda bildirilir ki, 2015 –ci ilin ilk beş ayında 1855 nəfər həyatını itirişmişdi və bu rəqəm 2014-cü ilin eyni dövründə 57 nəfər olmuşdu. Ötən iki il ərzində qaçqınları daşıyan 320 mindən çox qayıq İtalya sahillərinə çatıb. Avropaya səfər istiqamətində isə dənizdə 7 min nəfər boğularaq ölüb.