BMT: 2015-ci ildə Yəməndə 5 yaşına qədər olan 10 min uşaq həyatını itirib
BMT bildirir ki, təkcə 2015-ci ildə Yəməndə 5 yaşına qədər olan 10 min uşaq həyatını itirib Maide.Az xəbər verir ki, BMT sözçüsü Stefan Dujarriç deyib ki, bu azyaşlı uşaqların ölümünə səbəb ishal və sətəlcəm kimi qarşısı alına biləcək xəstəliklər olub. S.Dujarriç deyib ki, bu uşaqların həyatını itiriməsində ən başlıca amillərdən biri Səudiyyə Ərəbistan rejimi tərəfindən Yəmənin səhiyyə ocaqlarının dağıdılmasıdır. "Yəməndə səhiyyə ocaqları tamamilə dağıdılıb və 600-dən çox səhiyyə ocağı isə maliyyə problemlərinə görə, dərman, tibb avadanlıq və yanacaq əldə edə bilməyib və fəaliyyətini dayandırıb". O əlavə edib ki, Yəmənin minlərlə tibb işçisi isə ölkəni tərk edib. Qeyd edək ki, BMT-nin Uşaq Fondu mart ayında yayımladığı hesabatında bildirmişdi ki, Səudiyyə Ərəbistanın ötən bir ildə Yəmənə təcavüzü nəticəsində 934 uşaq öldürülüb və 1356 uşaq isə yaralanıb. Hesabatda bildirilir ki, həmçinin təqribən 320 min yəmənli uşaq aclıqdan əziyyət çəkir ki, bu məsələ onların xəstəliklər qarşısında zəifləməsinə səbəb olur. İnsan haqları təşkilatları Yəmənli uşaqların 90 faizinə təcili humanitar yardımlar çatdırılması zəruriliyini vurğulayıblar. Yəmənli qaynaqlar elan edib ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə hava hücumlarında indiyədək 9 min 500 -dən çox insanın həlak olduğunu bildirir.