Maide.az

Bölmədə intihara cəhd - Özünü qarnından bıçaqladı

Şirvan Şəhər Polis Şöbəsində intihara cəhd olub.   Hadisə dünən baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Pərviz Əziz oğlu Muradov polis bölməsində özünü bıçaqlayıb. O, qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dünən axşam Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Hazırda polis müşayiəti altında müalicəsi davam etdirilir.