Bir qrup Amerikalı İmam Rzanın (ə) hərəmini ziyarət edib-VİDEO
Bir qrup Amerikalı şiə Məşhəddə İmama Rzanın (ə) hərəmini ziyarət edib. Maide.az xəbər verir ki, Amerikadan gələn zəvvarlar İmam Rza (ə) hərəmini ziyarət etdikdən sonra ziyarətgahın nəzdində olan mərkəzi kitabxanada və muzeydə olublar. Onlara İmam Rzanın (ə) Xorasana və Məşhəd şəhərinə səfəri ilə bağlı və həmin dövrün siyasi – ictimai durumu haqqında ətraflı məlumat verilib. Onlar Xorasan əyalətinin və Məşhəd şəhərinin müxtəlif turizm bölgələri ilə tanış olublar , həmçinin dini zəmində qarşılaşdığı sullarını alimlər cavablandırıb.