Bir qrup şəxs Nəcəf əyalətinin qubernatorunun evini yandırıb - VİDEO
Ötən gün Nəcəf şəhərində bir qrup şəxs əyalətinin qubernatoru Luay əl-Yasirinin evinin qarşısında aksiya keçirib, qubernatorun evinin qapısını yandırıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış məlumata görə, Nəcəf şəhərinin mərkəzində yerləşən qubernatorun evinin qapısını yandıran iğtişaşçıları dağıtmaq üçün hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Pols iğtişaşçıları gözyaşardıcı qaz və hava atəşi ilə dağıdıb. Bildiriir ki, polis və iğtişaşçılar arasında qarşıdurma baş verib. Yaralanlar var .