`Bir neçə gündür həbsxana susuz qalıb`
13 saylı Cəzaçəkmə Müəssisəsində 3 gündür su yoxdur. Suyun verilməməsi baraklarda antisanitariya vəziyyəti yaradıb. Maide.Az xəbər verir ki, bu barədə Meydan TV-yə məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verib. Atlas Hüseynova deyir ki, müəssisə rəhbərliyi suyun verilməməsini "Azərsu" ASC-yə olan borcları ilə əlaqələndirib. Penitensiar Xidmətdən məsələni araşdıracaqlarını bildiriblər. İş vaxtı bitdiyindən "Azərsu" ASC-dən münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə şəxsi nömrəsinə cavab verməyib.(meydantv)