Bir günün yol qəzası: 4 nəfər ölüb, 10 nəfər yaralı
Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Maide.Az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır. /