Maide.az

Bir gündə 6 adam batıb, 13 nəfər isə...

Fövqəladə Hallar Nazirliyinin «112 qaynar xətti»nə iyulun 28-də qeyri-çimərlik ərazilərində 6 nəfərin suda batması ilə bağlı məlumat daxil olub.   Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir: «Bakı şəhərinin Sabunçu rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4, Xəzər rayonunda qeyri-çimərlik ərazidə 1 və Abşeron rayonunda qeyri-çimərlik ərazidə 1 nəfər suda batıb».   Məlumatda habelə vurğulanır ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.   Nazirliyin bir başqa açıqlamasında isə Xəzərin Azərbaycana aid sularında batma təhlükəsi ilə üzləşən 13 nəfərin (onlardan 2-si xarici ölkə vətəndaşıdır) xilas olunduğu bildirilir.