Maide.az

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb.   Maide.Az bildirir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.   Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün.   A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir:   “Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur”.