Binəqədinin icra nümayəndəsi döyüldü
Vətəndaş evinə gələn icra nümayəndəsini döyüb. Maide.az "milli.az"-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini, Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Kazımov döyülüb. O, 6-cı Polis Bölməsinə şikayət edərək bildirib ki, M.Aslanov küçəsi, döngə 6-nın qarşısında orada yaşayan 1987-ci il təvəllüdlü Asiman Ağayev xuliqanlıq zəminində onu döyüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.