Maide.az

`Bilmirəm nə edim, 3 qız uşağı ilə...` - Evi külə dönən qadının FƏRYADI - VİDEO

Yanğın Kürdəmir sakinini evsiz qoyub.   Hadisə günorta saatlarında Mahirə Şirəliyevaya məxsus ümumi sahəsi 120 kv.m olan evdə qeydə alınıb.   Mahirə Şirəliyeva – ev sahibi: “Xəbər tutub çölə çıxdıq. Uşaqlarımı götürüb, zorla qaçdım. 3 göz evim, mətbəx, 3 qızıma aldığım cehiz... Allah, göydə görürsən, zülümlə, zillətlə aldığım cehiz, hər şeyim yandı. Biraz pulum, qızılım var idi. Qızılı da tapa bilmədik, yandı getdi. Bilmirəm nə edim, 3 qız uşağı ilə. Yoldaşım da rəhmətə gedib”.   Arifə Rəhimova – qonşu: “Hamı evdə idi. Saat 4 idi. Çıxdıq çölə ki, o “quppa-qup” nədi. Çıxdıq çölə ki, Xudaya, şiferlər necə partlayır. Qapıdan toyuqlar da qaçdı”.   Yanğınsöndürənlər alovun bitişik evə keçməsinin qarşısını alıb. (arb) /