Maide.az

Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub

Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.   "Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.   Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb.   Bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.   Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb. Ölənlərdən biri qadındır. Maşında uşaqlar da olub.   Faktla bağlı araşdırma aparılır.