Maide.az

Biləsuvar sakini qarpızdan zəhərlənərək ölüb

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.    "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.    Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.    Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.   Faktla bağlı araşdırma aparılır.