Maide.az

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.   Maide.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış 7-ci qəsəbədəki 40 nömrəli evdə qeydə alınıb.   Belə ki, Cəbrayıl rayon sakini, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Qara qızına əxsus yarımtikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.   Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi Y.Əliyeva xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.