Biləsuvarda üç nəfər 30 yaşlı kişini baltalayıb Böyüt
Biləsuvarda ağır cinayət hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Şəhər sakinləri - 1989-cu il təvəllüdlü Rüfət İlqar oğlu Qarelikov, 1983-cü il təvəllüdlü Elməddin Baxşeyiş oğlu Şahverənov və qardaşı, 1981-ci il təvəllüdlü Niyaməddin Şahverənov xuliqanlıq zəminində həmyerliləri, 1986-cı il təvəllüdlü Elvin Famil oğlu Abbasova balta, bıçaq və küt alətlərlə xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilmiş E.Abbasovun vəziyyəti orta-ağırdır. R.Qarelikov, E.Şahverənov və qardaşı Niyaməddin tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /