Maide.az

Biləcəri qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.   Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyindən verilən məlumata görə, məhdudiyyət 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan martın 1-i səhər saat 8:00-a qədər tətbiq olunacaq.   Hazırda  sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.   Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.