Maide.az

Bişkek meri yenə istefa verdi

Qırğızıstanın Bişkek şəhər meri Əziz Surakmatov istefa verib.   Bu barədə 24.kg agentliyi meriyaya istinadən məlumat yayıb.   Oktyabrın 6-da Surakmatovun istefası ilə bağlı xəbər yayılsa da o, iki gün sonra vəzifəsinə qayıtmışdı.   Ölkənin birinci vitse-meri Nəriman Tyuleyev onun vəzifəsini icra edəcək.   Qanuna görə, Bişkek meri şəhər şurasının (Keneş) deputatları tərəfindən seçilir.   Qeyd edək ki, 2013-cü ildə Tyuleyev Bişkek meri olduğu zaman korrupsiya ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə ağır rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum olunub.   2016-cı ildə amnistiyaya düşüb və dövlətə 30 milyon som (375 min dollar) məbləğində dəyən ziyanı ödədikdən sonra sərbəst buraxılıb.   O, 2008-2010-cu illərdə Bişkekin meri vəzifəsində çalışıb.