Maide.az

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. Birinci fərman Parlament tərəfindən təsdiqlənməmişdi.   Maide.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.   "Qırğızıstan Respublikasının Prezidenti Bişkek ərazisində təkrar fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzaladı", - deyə məlumatda bildirilib.   O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib.   Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00)  - 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı.