Maide.az

Bişkekdə etiraz mitinqi

Qırğızıstan “Ata Məkan” partiyasının həbsdə olan lideri Omurbek Tekebaevin tərəfdarları və partiyadaşları Bişkek şəhər məkəməsinin qarşısında etiraz aksiyasına çıxıblar.   Azadlıq Radiosu Qırğızıstan xidmətinin mayın 5-də yaydığı məlumatına görə, onlar Tekebaevin azad olunmasını tələb edirlər.   Tekebaev 2017-ci il fevralın 26-da rusiyalı biznesmen Leonid Maevskinin iddiası əsasında həbs olunub.   O, 2010-cu ildə “Meqakom” şirkətinin səhmlərinin alınmasına görə Tekebaevə 1 milyon dollar verdiyini iddia edir.   Pervomaysk rayon məhkəməsi aprelin 21-də Tekebaevin həbs müddətini mayın 25-dək uzadıb.   Vəkilləri qərardan apellyasiya şikayəti veriblər.   Tekebaev korrupsiyada ittiham olunur.   İşin siyasi motivli olduğunu deyən “Ata Məkan” partiyasının üzvləri Tekebaevin azad olunmasını tələb edirlər.