Maide.az

Bişkekdə Türkiyə təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb -YENİLƏNİB - FOTO- VİDEO

10:15 Qırğızıstan FHN-nin son məlumatına qəza nəticəsində 37 nəfər ölüb.    08:44   Bişkekdə yaşayış bölgəsində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.   Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ölənlərdən ən az 6 nəfəri uşaqlardır.  RİA Novosti agentliyi bildirib ki, qəza nəticəsində təyyarənin 3 ekipajı da həlak olub.  Ölənlərin əksəriyyətinin  yaşayış binalarında məskunlaşan sakinlər olduğu bildirilir.    *** Qırğızıstanın paytaxtı Bişkekdə Honkonqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.   Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.   Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi.     Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.  Qəza pis hava şəraiti səbəbindən baş verib.