Bişkekdə Quran tilavəti və iftar süfrəsi - FOTO
Dünya müsəlmanları mübarək Ramazan ayında müxtəlif adət-ənələrlə bu ayın sevincini yaşayırlar. Maide.Az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən İmam Əli (ə) adına məscidin də hər gün şam və işa namazından öncə Quran tilavət olunur. Məscidin ruhanilərindən Kərbəlayi Azad dindarlara Quran tilavətindən sonra dini məsələləri və əhkamı bəyan edir. Məscidin axındu Hacı İlqar imaməti ilə şam və işa namazı qılınır, dualar oxunur və daha sonra oruc tutanlar üçün iftar süfrəsi açılır.İftardan sonra Hacı İlqar əxlaqi mövzularda 10-15 dəqiqəlik çıxış edir. Mərasimdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər.