Bişkekdə İmam Baqirin (ə) mövludu münasibəti ilə tədbir keçirilib - FOTO
Aprelin 9-da İmam Baqirin (ə) mövludu münasibəti ilə Qırğızıstanın paytaxtı Bişkekdə bayram tədbiri keçirilib. Maide.az xəbər verir ki, təntənəli bayram tədbiri Bişkekin İmam Əli (ə) məscidində keçirilib. Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər. Əhli-Beyt (ə) şairləri Azərbaycan və Fars dillərində İmam Baqirin (ə) şəninə yazdıqları şerləri oxuyublar. Tədbirin sonunda ilahi nəğmələr və şeirlərlər səsləndirilib və məclis iştirakçılarına şirini paylanılıb. /