BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb. APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib. Qeyd edək ki, Milli Şura sentyabrın 7-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.