Maide.az

Beyrutda güclü partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb - YENİLƏNİB

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.   Maide.Az-ın "İRİNN"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.   Nazirliyin məlumatına görə, yaralıların sayı da  5 min nəfərə yüksəlib.     Nazirlik hadisə nəticəsində çox sayda insanın itgin düşdüyünü və ölən və xəsarət alanların artacağını qeyd edib.  ***   Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.   Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.   Bildirilir ki, xəsarət alanların da sayı artaraq 4 min nəfərə yüksəlib.   Livan Səhiyyə Nazirliyi çox sayda insanın itgin düşdüyünü açıqlayıb.     Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.   BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak "Al Jazeera" telekanalına bildirib ki, "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".   Livanın baş naziri  əhaliyə müraciət edərək Beyrut şəhərindən çıxmağa çağırıb.