Maide.az

Beynul Hərəmeyndə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə sərgi təşkil olundu

Kərbəla şəhərində Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadətinin ildönümü münasibətilə sərgi təşkil olunub.   İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin təşkilatçılığı ilə Beynul Hərəmeyndə təşkil olunan sərgidə Peyğəmbərin (s) vəfatından sonra, Əhli-Beytin (ə) müsibətləri və Həzrət Fatimənin (s.ə) şəhadəti müxtəlif sərgi nümunələrilə qonaqlara təqdim olunub. Sərgidə məktəbli uşaqların rəsmləri də nümayiş olunacaq.   Sərginin 10 gün davam edəcəyi bildirilib.(deyerler)